Avqustun 24-də Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroat Mirziyoyeva və ailə üzvləri Buxara şəhərində yerləşən Ark qalası ilə tanış olublar.
Ark qalasının əsası eramızdan əvvəl IV əsrdə qoyulub. Onun indiki görkəmi əsasən XVII–XVIII əsrlərdə formalaşıb.
XX əsrin əvvəllərində qala Buxara hökmdarlarının qış iqamətgahı kimi istifadə olunub.
Hazırda Ark qalası 4 hektarlıq ərazini əhatə edir. Qalanın böyük hissəsi 1920-ci ildə dağıdılıb.
1947-ci ildən etibarən burada Buxara Dövlət Muzey-Qoruğu fəaliyyət göstərir.

