15 
iyn
2023
12:10
157

Azərbaycanda bazarda güclü yanğın oldu - 26 mağaza külə döndü - VİDEO

15 iyn, 2023
12:10
157

Azərbaycanda bazarda güclü yanğın oldu - 26 mağaza külə döndü - VİDEO

Fövqəladə Hallar Nazirliyi Bərdədə “Köhnə bazar” adlanan ərazidə baş verən yanğınla bağlı yeni məlumat yayıb.

Qurumdan Den.az-a bildirilib ki, bu gün səhər saatlarında Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 5 ünvanında yerləşən bazar ərazisində baş vermiş yanğın FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 4000 kvadratmetr olan 174 mağazadan ibarət bazar ərazisində 26 ədəd geyim, xırdavat və təsərrüfat malları mağazasının yanar konstruksiyaları 800 kvadratmetr sahədə və içərisində olan əşyalar yanıb. Bazar ərazisində olan digər bitişik mağaza və obyektlər yanğından mühafizə olunub.

Yanğınla mübarizə tədbirlərində DYMX-nin Bərdə, Yevlax, Tərtər, Ağdam, Ağcabədi, Naftalan rayonlarının Yanğından Mühafizə hissələri və Mingəçevir şəhər Yanğından Mühafizə Dəstəsinin ümumilikdə 11 texnikası və 65 nəfər canlı qüvvəsi iştirak edib.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar