Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində ikimərtəbəli evdə yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, ümumi həyət tipli taxta konstruksiyalardan ibarət ikimərtəbəli evin ikinci mərtəbəsində ümumi sahəsi 30 kvadratmetr olan ikiotaqlı mənzilin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 54 kvadratmetr olan üçotaqlı mənzilin arakəsmə divarı dörd kvadratmetr və ümumi sahəsi 25 kvadratmetr olan ikiotaqlı mənzilin plastikdən ibarət giriş qapısı yanıb.
Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yasamalda ikimərtəbəli evdə yanğın olub

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.