22 
mar
2024
09:00
96

Sürücülük hüququ olmayan avtoxuliqan həbs edildi - FOTO

22 mar, 2024
09:00
96

Sürücülük hüququ olmayan avtoxuliqan həbs edildi - FOTO

Yevlaxda sürücülük hüququ olmayan və avtoxuliqanlıq edən şəxs həbs edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Den.az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol-hərəkəti qaydalarını pozduğuna görə "VAZ-2106" markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verilib.

Buna baxmayaraq sürücü hərəkətini davam etdirib. Görülən tədbir nəticəsində həmin sürücü M.Mehdiyev saxlanılıb. Yoxlama zamanı onun nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi müəyyən edilib.

Sürücü barəsində inzibati protokol tərtib edilərərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 15 sutka inzibati qaydada həbs edilib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar