yan
2024
21:14
260

Bakıda yol polisinin qanuni tələbinə tabe olmayan sərxoş sürücü həbs edilib

3 yan, 2024
21:14
260

Bakıda yol polisinin qanuni tələbinə tabe olmayan sərxoş sürücü həbs edilib - FOTO

Paytaxtda yol polisinin qanuni tələbinə tabe olmayan sərxoş sürücü həbs edilib

Bu barədə Den.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib

Belə ki, bu gecə saat 01:50 radələrində "Range Rover" markalı, 77-MF-774 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Əliyev Adil Mayıl oğluna paytaxtın Ü.Hacıbəyli küçəsində müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etdiyinə görə yol-patrul xidməti əməkdaşı tərəfindən "saxla" işarəsi verilib, lakin o, tabesizlik göstərərək hərəkətini davam etdirib.

Görülən tədbirlər nəticəsində nəqliyyat vasitəsi DYP əməkdaşları tərəfindən saxlanılıb və sürücünün sərxoş vəziyyətdə avtomobili idarə etdiyi məlum olub.

Sürücü barəsində müvafiq sənədləşmə aparılıb və toplanmış materiallar baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə A.Əliyev inzibati qaydada həbs edilib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar