Göygöl rayonunun bir sıra kəndləri ayı hücumuna məruz qalıb.
Den.az Report-a istinadən bildirir ki, Göygöl rayonu Toğanalı kəndində ayı insanların yaşadığı evlərin həyətinə daxil olub.
Toğanalı kəndinə qonaq qismində gedən Rövşən Əmiraslanoğlu gecə saatlarında həyətdə səs eşitdiyini bildirib. O, həyətə çıxan zaman ayının çəpəri dağıdaraq həyətə daxil olduğunu görüb.
"Mən təxminən 4-5 metr ondan aralıda idim. Əl fənərinin işığını ayıya tərəf tutdum. Xoşbəxtlikdən ayı mənə hücum etmədi. Haradasa, on saniyədən çox ayı işığa doğru baxdı və sonra qonşunun həyətinə tərəf qaçdı"
Qeyd edək ki, bir neçə ay öncə Göygöl rayonun digər kəndlərində də ayı sakinlərin təsərrüfatına hücum edib. Sakinlər ac ayının onlara xəsarət yetirəcəyindən ehtiyat edirlər.
Azərbaycanda ayı kəndə hücum etdi - FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.