Bakıda təhsil alan tələbə, Yevlax rayon sakini 6 - cı mərtəbədən yıxılaraq dünyasını dəyişib.
Den.az bədbəxt hadisə zamanı dünyasını dəyişən qızın fotosunu əldə edib.
Qeyd edək ki, Yevlax rayon sakini Səbinə Rövşənqızı Bakı şəhərində yerləşən Tibb Universitetinin nəzdində fəaliyyət göstərən tibb kursunda oxuyurmuş.
Tələbə dərsdən gəldikdən sonra paltarlarını sərmək istəyən zaman kirayə qaldığı binanın 6 ci mərtəbəsindən yıxılıb. O, dərhal xəstəxanaya yerləşdirilib.
3 gün komada qalan gənc qadın yanvarın 29-da vəfat edib. Mərhumun nəşi bu saatlarda Yevlax rayonuna gətirilib.
Onu da qeyd edək, S. Rövşənqızının anası Yevlaxdakı musiqi məktəbində müəllimə işləyir.Cavid Əliyev
Den.az
Binadan yıxılaraq ölən tələbə qızın fotosu ürəkləri dağladı-FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.