yan
2024
17:00
243

Azərbaycanda tələbə qızılcadan öldü

4 yan, 2024
17:00
243

Azərbaycanda tələbə qızılcadan öldü

Cəlilabad rayon sakini qızılca xəstəliyindən vəfat edib.

Den.az-ın məlumatına görə, rayonun Sabirabad kənd sakini İbayeva Sevil Cabbar qızı bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Məlumata görə, o, ötən ayın 26-dan xəstəxananın infeksion xəstəliklər şöbəsində qızılca xəstəliyindən müalicə alırmış.

Qeyd edək ki, mərhum Azərbaycan Dövlət Pedaqoji Universitetinin sonuncu kurs tələbəsi olub. 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar