Sumqayıtda Azyaşlı Qızın Döyülməsi Hadisəsi Araşdırılır...
Sosial şəbəkələrdə yayılan bir video, Sumqayıtda azyaşlı qızın döyülməsi və bu hadisənin görüntülərinin paylaşılması ilə bağlı araşdırma başladılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Den.az-a verilən məlumata görə, hadisədə iştirak edən tərəflər müəyyən edilib və polis orqanına dəvət olunublar. Polis əməkdaşları mübahisə ilə əlaqədar profilaktik tədbirləri davam etdirir.
Qeyd edək ki, hadisənin Sumqayıt ərazisində baş verdiyi və həm döyülən azyaşlının, həm də şiddət göstərən qızın şəhər sakini olduğu iddia edilir.
DİN-nin mətbuat xidmətinin əməkdaşı Lumu İsrafilli bildirib ki, qız şiddət göstərən, döyərək video çəkib paylaşan şəxs artıq müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
Nizami Rəsulov
Den.az