Abşeron rayonunda gözlənilməz bir insident baş verib.
“Den.az”ın əldə etdiyi məlumata görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. 29 yaşlı Zaur Hüseynov çağırışa gələn təcili yardım avtomobilinə xuliqanlıq niyyətilə zərər vurub. O, maşına zərbələr endirərək operativ nəqliyyat vasitəsinin şüşələrini sındırıb.
Ətrafda olan şəxslərin köməkliyi ilə Zaur Hüseynovun hərəkətlərinin qarşısı alınıb. İnsidentlə bağlı polis tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Zaur Hüseynov Vətən müharibəsi iştirakçısıdır. Hadisənin tam olaraq nə səbəbə baş verdiyi hələlik naməlumdur, lakin bu hadisə ərazidə yaşayan sakinlər arasında böyük marağa səbəb olub.