25 
noy
2023
12:56
253

Xırdalanda təcili yardım avtomobili aşdı - VİDEO

25 noy, 2023
12:56
253

Xırdalanda təcili yardım avtomobili aşdı - VİDEO

Abşeron rayonu Xırdalan şəhərində təcili tibbi yardım avtomobilinin iştirakı ilə yol qəzası baş verib.

“Den.az” xəbər verir ki, şəhər ərazisindəki işıqforun qarşısında “Hyundai” markalı minik avtomobili ilə “Fiat” markalı operativ nəqliyyat vasitəsi toqquşub. Zərbənin təsirindən təcili tibbi yardım avtomobili aşıb.

Hadisə nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir.

Qəza yerindən görüntülər sosial mediada yayılıb.

Qeyd edək ki, ötən gün paytaxtın Binəqədi rayonu Adil Məmmədov küçəsində də təcili tibbi yardım avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.



Bizimlə əlaqə saxlayın

Çox oxunanlar