Polis işə düzəltmək, təqaüd bərpa etmək vədi ilə 88600 manatı ələ keçirən şəxsləri saxlayıb.
Bu barədə Den.az-a DİN-dən məlumat verilib.
Nəsimi rayonu ərazisində ayrı-ayrı vətəndaşların ümumilikdə 88600 manatının dələduzluq yolu ilə mənimsənilməsi barədə polisə məlumatlar daxil olub.
Belə ki, paytaxt sakini olan 65 yaşlı qadın övladının işə düzəldiləcəyi vədi ilə aldadılıb və 80 min manatı ələ keçirilib.
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 40 yaşlı N.Şükürov və 37 yaşlı N.Qasımova saxlanılıblar.
Rayon ərazisində daha bir analoji hadisə baş verib. 65 yaşlı bir nəfərin təqaüdünü bərpa edəcəyi vədi ilə 3500 manatını ələ keçirən V.Allahverdiyev saxlanılıb.