Xırdalandan Sumqayıta qonaq gələn şəxs dəhşətli hadisənin qurbanı olub.
Den.az xəbər verir ki, faciəvi hadisə Hacı Zeynalabdin qəsəbəsində baş verib.
1981-ci il təvəllüdlü Qurbanov Qurban Akif oğlu Abşerondan Sumqayıta, tanışının evinə qonaq gəlib.
İddiaya görə, evdə qəfil baş verən partlayış nəticəsində həmin şəxs ağır yanıq xəsarətləri alıb.
Qurban Qurbanov dərhal Sumqayıt şəhər TTYX-a çatdırılıb. Həkimlər onun vəziyyətini ağır olaraq dəyərləndirir və onun Bakı şəhərinə yanıq mərkəzinə göndəriləcəyini bildirir.
Hələlik hadisənin dəqiq səbəbləri ilə bağlı məlumatlar açıqlanmayıb.
İlkin məlumata görə, hadisə mənzildə qaz sızmasından meydana gələn partlayış nəticəsində olub.
Ərazidə aidiyyəti qurumlar cəlb olunub .Aşdırmalar davam etdirilir.
Ellada Rəsul
Den.az