Bərdədə iki minik avtomobili toqquşub.
Den.az Qafqazinfo.az -a istinadən xəbər verir ki, hadisə rayonun Şahvəlilər kəndi ərazisində baş verib.
Hərəkətdə olan “VAZ 2107” markalı 90 KG 413 dövlət qeydiyyatlı avtomobil qarşıdan gələn “VAZ 21015” markalı maşınla toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qəzaya düşən avtomobillərdən birinin içərisində olan meyvə-tərəvəz yola dağılıb.
Faktla bağlı araşdırma aparılır.






