Gecə saatlarında Qəbələ rayonunda yolu azaraq meşə sahəsində itən qadın tapılıb.
“Den.az” xəbər verir ki, hadisə rayonun Bum qəsəbəsi ərazisində baş verib.
Bir nəfərin itkin düşməsi barədə FHN-ə müraciət edilib. Nazirliyin Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində vətəndaş sağ vəziyyətdə tapılaraq aidiyyəti üzrə təhvil verilib.