İyulun 27-si Xankəndi şəhərində yaşayış binalarından birinin yaxınlığında yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
DİN Mətbuat xidmətinin regional qrupundan “Den.az”-a bildirilib ki, araşdırmalarla yanğının 1973-cü il təvəllüdlü Malik İsmayılovun yemək hazırlayarkən qaladığı ocaqla ehtiyatsızlıqdan davranması nəticəsində baş verdiyi məlum olub.
Hadisə nəticəsində təxminən 40 kv.m sahədə yaşıllığa zərər vuran M.İsmayılov barəsində həbs qərarı verilib.