Sumqayıtda yaşayış kompleksində yanğın baş verib.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğının kəşfiyyatı zamanı məlum olub ki, hadisə nəticəsində ümumi sahəsi 300 m2 olan mağazada metal qablarda yığılmış boyalar 120 m2 sahədə yanıb, həmçinin binanın zirzəmisində və mağazanın qarşısında dayanan vətəndaşlara məxsus 2 ədəd minik avtomobilinin ön hissəsi yüksək temperaturun təsirindən əriyib. 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Mağazanın qalan hissəsi, bitişik obyektlər və mənzillər yanğından mühafizə olunub.
Qeyd edək ki, hadisə Baxça şəhər yaşayış kompleksinin Baxça şəhər Komunal MMC- yə məxsus qaz təsərrüfatı anbarında baş verib. Faktla bağlı araşdırma aparılır.