Ötən il 19 nəfər cəzaçəkmə müəssisəsindən qaçıb.
Denmedia.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin nəşr etdiyi "Azərbaycanda hüquqpozmalar" məcmuəsində məlumat verilib.
Bildirilib ki, bu, 2023-cü ilə nisbətən 10 nəfər azdır.
Ötən il 55 nəfərin isə cəza çəkməkdən yayındığı bildirilib.