Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində 16 yaşlı yeniyetmə Məhəmmədəli Sultanovun itkin düşməsi ailəsində və yaxınları arasında ciddi narahatlıq yaradıb.
Bu barədə yeniyetmənin ailəsi DenazTv-yə danışıb.
Belə ki, Məhəmmədəli yaşadığı BTZ bağlarındakı evdən ət almaq adı ilə çıxıb, lakin bir daha geri qayıtmayıb. O gündən bəri gəncdən heç bir xəbər yoxdur.