avq
2023
12:40
3 481

Sumqayıtda üç ayın gəlini ərini niyə öldürdü? QONŞULAR DANIŞDI FOTO/VİDEO

9 avq, 2023
12:40
3 481

Sumqayıtda üç ayın gəlini ərini niyə öldürdü? QONŞULAR DANIŞDI FOTO/VİDEO

Sumqayıtda üç ayın gəlini öz həyat yoldaşını amansızlıqla qətlə yetirməkdə şübhəli bilinir. 

"Den.az" xəbər verir ki, hadisə şəhərin Corat qəsəbəsi Dadaş Xaliqoğlu küçəsində qeydə alınıb.

Məlumata görə,Ağahüseyn İmanov üç ay imiş Əfsanə Məmmədova ilə ailə qurubmuş. Həbsdən bir müddət öncə çıxan Hüseynin ailəsində hələ bu günə qədər söz söhbət olmadığı bildirilir. Evin tək uşağı olub. Valideynlərini cavan ikən itirib. Ailə qurduqdan sonra Sumqayıtda restoranların birində kabaçı kimi işləyirmiş.

Məlumat üçün bildirək ki, avqustun 9-da Sumqayıt şəhərinin Corat qəsəbə sakini 1987-ci il təvəllüdlü Ağahüseyn İmanovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla 1989-cu il təvəllüdlü Əfsanə Məmmədovanın yaşadıqları evdə bıçaqla əri Ağahüseyn İmanova xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.


Əfsanə Məmmədova hadisədən sonra könüllü təslim olub.


İbtidai istintaq davam etdirilir.


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar