Xəbər verdiyimiz kimi, Lənkəranın Liman şəhərində 34 yaşlı Əfsanə Əkbər qızı Lələzadə həyat yoldaşı tərəfindən qətlə yetirilib.
Denmedia.az xəbər verir ki, hadisə səhər saatlarına baş verib.
Belə ki, Ə.Lələzadənin həyat yoldaşı 32 yaşlı Nicat Lələzadə onu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nicat Lələzadə iş üzrə şübhəli şəxs qismində tutulub.
Əfsanə Lələzadənin fotosunu təqdim edirik.
Mətbuat.az