Şəmkir rayonunun Dəllər qəsəbəsində yol qəzası baş verib.
Denmedia.az Teleqraf-a istinadən xəbər verir ki, qəsəbə sakini, "N " saylı hərbi hissənin giziri, 1996-cı il təvəllüdlü Nurəddin Mirzəyev idarə etdiyi "VAZ-2106" markalı avtomobili körpüdən aşırıb.
Nəticədə sükan arxasında olan Nurəddin Mirzəyev ölüb.
Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.