Çəkiliş qrupunu görən müəllimə özünü əvvəlcə ayaqyoluna kilidlədi... Sonra isə çıxış yolunu tualetin pəncərəsindən hoppanmaqda gördü...
DenMedia.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən "Sünbül" körpələr evi-uşaq bağçasının müəlliməsi valideynlə salfet üstündə söz davasına çıxıb.
Müəllim-valideyn davası bununla da bitmir.. Hətta müəllimə valideynə digər uşaqlardan aldığı puldan bəhs edir. Bu azmış kimi valideyni uşağı ilə hədələyir.
Valideyn Şəhla Zamanlı iddia edir ki, övladını bir müddət əvvəl "Sünbül" körpələr evi-uşaq bağçasına yerləşdirib. Amma övladı bağçaya gedən ilk gündən Leyla adlı müəlliməsi ilə tez-tez ədavətləri baş verib.
Valideyn deyir ki, problemlər bununla bitmir. Onun iddiasına görə, uşaqlara verilən yemək də keyfiyyətsizdir.
Daha ətraflı videomaterialı təqdim edirik.