Ağdaşda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“DenMedia.az” xəbər verir ki, hadisə Əmirarx kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mersedes” markalı minik maşını yolu keçən iki nəfəri vurub.
Hər iki piyada aldıqları xəsarətdən sonra ölüb.
Məlumata görə, onlar 1976-cı il təvəllüdlü Ramazanova Sədaqət və 1978-ci il təvəllüdlü Elnarə Soltanovadır.
Qeyd edək ki, qadınlar bacı olublar.
Faktla bağlı araşdırma aparılır.