Gəncə şəhərində qətl hadisəsi baş verib.
Denmedia.az Oxu.Az-a istinadən xəbər verir ki, cinayət şəhər ərazisində qeydə alınıb.
Belə ki, 2009-cu il təvəllüdlü Vaqif Rəfibəyli bıçaqla qətlə yetirilib. Mərhumun 11-ci sinif şagirdi olduğu bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.