Xəbər verdiyimiz kimi, bu gün saat 08:50 radələrində Bakı-Quba yolunun 27-ci kilometrliyində - Sumqayıt şəhəri yaxınlığında piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Denmedia.az” Baş DYP İdarəsinə istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Ruslan Ağammədovun idarə etdiyi “Chevrolet” markalı, 77-YR-183 dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxıb. Nəticədə maşın yolun kənarında dayanan 1995-ci il təvəllüdlü piyada Kənan Nəsirovu vurub. O aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Qəza zamanı dünyasını dəyişən Kənan Nəsirovun fotosunu təqdim edirik: