Daily Mail nəşrinin məlumatına görə, 710 min il ərzində sönmüş hesab edilən “Zombi vulkan” Teftan İranın cənub-şərqində gözlənilmədən oyanıb. Son 10 ay ərzində vulkanın zirvəsi 9 santimetr qalxıb.
Alimlərin fikrincə, bu qəfil oyanış vulkanın zirvəsi altında isti qaz və mayelərin toplanması, yaxud da magmanın səthə yaxınlaşması ilə əlaqəli ola bilər.
Məqalədə qeyd olunur ki, “710 min il ərzində sönmüş hesab edilən Zombi vulkan artıq püskürmə əlamətləri göstərir.”
Vulkanoloq Pablo Qonsalesin sözlərinə görə, Teftanı “sönmüş” yox, “yatmış” vulkan adlandırmaq daha doğrudur. O bildirib ki, artan yeraltı təzyiq yaxın vaxtlarda zəif və ya güclü enerji püskürməsinə səbəb ola bilər.