Hindistanda Garib Rath Express sərnişin qatarının bir vaqonu Ludhiyanadan Dehliyə gedərkən alovlanıb.
Denmedia.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.
Hadisə zamanı maşinist sərnişinləri xilas etmək üçün təcili əyləci işə salıb. Qatar dayandıqdan sonra insanlar tələsik əşyalarını götürərək vaqonu tərk ediblər.
Məlumata görə, vahimə nəticəsində bir neçə nəfər xəsarət alıb. Yanğının qısaqapanma səbəbindən baş verdiyi ehtimal olunur.