Göygöldə piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
DenMedia.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1950-ci il təvəllüdlü N.Mirzəyevi və onun həyat yoldaşını vurub.
Hər iki piyada xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.