ABŞ vitse-prezidenti Cey Di Vensin kortejinin yaxınlığında artilleriya mərmisi vaxtından əvvəl partlayıb.
DenMedia.az xəbər verir ki, hadisə New York Times-ın məlumatına görə, Kemp-Pendlton bazasında Dəniz Piyadalarının 250 illiyi münasibətilə keçirilən nümayiş atəşi zamanı baş verib.
“Mərminin qəlpələri vitse-prezidentin kortejinin bir hissəsi olan nəqliyyat vasitəsinə və Kaliforniya yol patruluna məxsus motosikletə düşüb,” – deyə NYT patrul hesabatından sitat gətirir.
Hadisə nəticəsində heç kim xəsarət almayıb, lakin avtomobildə kiçik bir əzilmə yaranıb.
Qəzet qeyd edir ki, Kaliforniya qubernatoru Qevin Nyusom şossedə atəş nümayişlərinə qarşı çıxıb və ordunun “təhlükəsizdir” fikrinə baxmayaraq, həmin yol hissəsinin bağlanmasını əmr edib. Patrul hesabatına görə, bir zabit motosiklinə “xırda daşlara bənzər” qəlpələrin dəydiyini, digərləri isə iki düyməlik bir parça metalın patrul maşınının kapotuna düşdüyünü bildiriblər.