Ağdərədə beton qarışdıran maşın dərəyə aşıb, sürücü ölüb.
Denmedia.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Çıldıran kəndi ərazisində baş verib.
Bərdə rayon Yenidaşkənd kənd sakini 1968-ci il təvəllüdlü Qocamanov Hafizun idarə etdiyi "HOWO" markalı beton qarışdıran avtomobil idarəetmədən çıxaraq dərəyə yuvarlanıb. Hadisə nəticəsində sürücü H.Qocamanov ölüb.
Faktla bağlı araşdırma aparılır.

