Abşeron rayonunda yük avtomobillərindən ümumilikdə 10 min 320 manat dəyərində naqil və akkumulyator oğurlanıb.
Polisə daxil olan məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş P.Allahverdiyev saxlanılıb.
Araşdırmalar zamanı onun rayonun müxtəlif ərazilərində nəqliyyat vasitələrindən oğurluq etdiyi müəyyənləşdirilib.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

