ABŞ-də edam cəhdindən sağ çıxan qadın şəxsi əşyalarını geri almaq üçün həbsxana rəhbərliyinə müraciət edib.
Tennessi ştatında ölüm hökmünə məhkum edilmiş Krista Payk edam olunmazdan əvvəl şəxsi əşyalarını başqalarına paylayıb. Lakin edam cəhdi uğursuz başa çatdıqdan sonra qadın onları yenidən əldə etməkdə çətinlik çəkib.
Buna səbəb həbsxanada məhkumların alış-verişinə tətbiq edilən məhdudiyyətlərdir.
Məhkumun vəkili Brayan Roark məsələ ilə bağlı ştatın Baş Prokurorluğuna məktub göndərərək qadının vəziyyətini izah edib.
Paykın işi üzrə növbəti məhkəmə iclası dekabrın 1-nə təyin olunub.

