İranın Fars vilayətində yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
ISNA-nın məlumatına görə, hadisə 12 noyabr tarixində Cahrom rayonundakı yanacaqdoldurma məntəqəsində baş verib.
Vilayətin təcili tibbi yardım xidmətinin rəhbəri Məsud Abed bildirib ki, yeddi nəfər xəsarət alıb, onlardan iki nəfərin vəziyyəti ağırdır.

