Məşhur cənubi afrikalı televiziya aparıcısı və pilot Maini Steffens ölkənin Şərqi Kap vilayətində kənd təsərrüfatı işləri zamanı baş verən helikopter qəzasında həlak olub. Denmedia.az xəbər verir ki, bu barədə People məlumat yayıb.
Bildirilib ki, helikopter elektrik ötürücü xəttinə toxunub və yerə çırpılaraq dağılıb.
Hadisə zamanı Steffens sitrus plantasiyasının pestisidlə çilənməsi işini həyata keçirirdi. Zərbənin gücündən helikopter ciddi zədələnib, qalıqları isə sahənin müxtəlif yerlərinə səpələnib.
Məlumata görə, aparıcı aviasiya səyahətlərinə böyük maraq göstərir, vaxtının böyük hissəsini səmada keçirirdi.

