ABŞ-nin qərbində, Kaliforniya ştatının Los-Anceles dairəsində iki saatdan az müddətdə 20 kvadrat kilometrdən çox ərazini əhatə edən yeni güclü meşə yanğını başlayıb.
Den.az xəbər verir ki, bu barədə CNN televiziya şirkəti məlumat yayıb.
Yanğının genişlənməsi təhlükəsi ilə əlaqədar hakimiyyət orqanları Kasteik gölü ətrafındakı ərazilərin sakinlərinin məcburi təxliyyə edilməsini elan edib.
Milli Meteoroloji Xidmətin məlumatına görə, güclü külək alovun yayılmasına kömək edir.
Yanğın əhalinin sıx məskunlaşdığı əraziləri təhdid edir.
Qeyd edək ki, Kaliforniyada meşə yanğınları tüğyan edir. Yanğın yanvarın 7-də Los-Anceles dairəsində yayılmağa başlamışdı. Meteoroloqların sözlərinə görə, yanğının sürətlə yayılmasına quru və çox küləkli hava səbəb olub.
Rayonda yanğınların ümumi sahəsi 16 min hektarı ötüb. Yanğın məşhurların mülkləri də daxil olmaqla 12300-dən çox binanı məhv edib. Son məlumatlara görə, 25 nəfər ölüb. Yanğınların iqtisadi ziyanı 250 milyard dolları ötür.
Los-Anceles yenə yanmağa başladı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.