Bu gün saat 6 radələrində, Bakı-Sumqayıt yolu 8-ci kilometrində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Denmedia.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, E.Abdullayev "Nissan" markalı avtomobillə hərəkətdə olarkən nasazlıq səbəbindən yolun hərəkət hissəsində qalan A.Quliyevin idarə etdiyi VAZ markalı maşınla, sonuncu isə zərbənin təsirindən digər zolaqda hərəkət edən KIA markalı nəqliyyat vasitəsinə toqquşub, nəticədə A.Quliyev xəsarət alıb. Yolda yaranan sıxlıq yol polisi əməkdaşları tərəfindən aradan qaldırılıb.
Faktla bağlı araşdırma aparılır.
"BDYPİ qeyd olunan səbəbdən dəfələrlə ağır-yol nəqliyyat hadisələrinin baş verdiyini bir daha xatırladır və sürücüləri avtomobillərinin texniki sazlığına vaxtaşırı nəzarət etməyə, nasaz, texniki-təhlükəsizlik baxımından normativ tələblərə cavab verməyən nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə çağırır".

