Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.
Denmedia.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, binanın 5-ci mərtəbəsində ümumi sahəsi 45 kv.m olan 2 otaqlı mənzilin mətbəxində 3 poqonometr mətbəx mebeli və 1 ədəd paltaryuyan maşın yanıb.
Qeyd edilib ki, yüksək temperaturdan lambirdən ibarət tavanı 5 kv.m sahədə əriyib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

