Biləsuvar rayonunun Zəhmətabad kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az-ın yeli bürosu xəbər verir ki, gecə saat 03:00 radələrində hərəkətdə olan "Lexus" markalı avtomobilin sürücüsü sərt döngədə idarəetməni itirərək maşını kanala aşırıb.
Qəza nəticəsində avtomobildə olan 4 nəfər hadisə yerində dünyasını dəyişib. Xəsarət alan bir nəfər isə xəstəxanaya çatdırılsa da, həkimlərin müdaxiləsinə baxmayaraq vəfat edib.
Məlumata görə, dünyasını dəyişənlərin hamısı Biləsuvar rayonunun Bəydili kəndinə getdikləri və onların yaxın qohumlar və dostlar olduqları bildirilir. Ölən gənclərdən ikisi qardaşdır…
Faktla bağlı araşdırma aparılır.
Hadisənin təfərrüatı DenazTV-nin reportajından izləyək...

