Zərdabda ağır yol nəqliyyat hadisəsi baş verib, ölənlər və xəsarət alanlar var.
DenMedia.az xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Şıxbağı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki sürücü Məftun Məmmədovun idarə etdiyi TOYOTO markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb.Nəticədə avtomobildə olan sürücünün atası İntiqam Məmmədov və azyaşlı oğlu Tunar Məmmədov ölüb. Sərnişinlər Sona Məmmədova,Rəna Məmmədova, İntiqam Məmmədov, Uğur Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Zərdab rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Qeyd edək ki, qəzaya düşən avtomobilin sahibi Məftun Məmmədov müğənnidir və Muğam müsabiqəsinin üçüncüsüdür. Şahidlərinin verdiyi məlumata görə, müğənni Bakıdan toydan çıxandan sonra ailəsi ilə rayona gəlirmiş. Qəzanı isə müğənninin atası törədib.
Hazırda fakt araşdırılır.
Aqil Əsədov

