Biləsuvarda təzyiqdən öldüyü qadının qətl yetirildiyi məlum olub.
Denmedia.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun İsmətli kəndində qeydə alınıb.
İlkin məlumata görə, bir ay öncə kənd sakini 1953-ci il təvəllüdlü Almaz Cəfərova vəfat edib. Bu zaman onun qan təzyiqindən öldüyü bildirilib.
Dünən ortaya çıxan kamera görüntülərindən onun gəlini tərəfindən boğulduğu aşkarlanıb.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma başlanılıb.

