Sabirabadda qətl hadisəsi baş verib.
Denmedia.az Apa-ya istinadən xəbər verir ki hadisə rayonun Qardaşkənd kəndində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədov Murtuz Xudaverdi oğlu bacısı 1983-cü il təvəllüdlü Məmmədova Ülviyyə Xudaverdi qızını ov tüfəngindən atəş açmaqla qətlə yetirib.
M. Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdıma aparılır.

