Norveçdə vikinqlər dövrünə aid sirli dəfn tapılıb. Bu barədə The Independent nəşri məlumat yayıb.
Məzarlıq metal axtaran cihazın köməyi ilə Tröndelaq bölgəsində aşkarlanıb. Qəbirdən ehtimal ki, evli olmuş bir qadına məxsus qalıqlar çıxarılıb; tapıntı IX əsrə aid edilib. Qadının üz nahiyəsində iki iri dəniz darağı (skallop) qabığı tapılıb — qabıqlar ağzını qismən örtürmüş. Bu dəfn, xristianlıqdan əvvəlki Skandinaviyada dəfn mərasimində dəniz qabıqlarından istifadənin ilk sənədləşdirilmiş nümunəsi sayılır.
“Hələlik bu simvolikanın nə məna verdiyini bilmirik”, — deyə tədqiqatın rəhbəri, Norveç Elm və Texnologiya Universitetinin nümayəndəsi Raymon Sovaj bildirib.
Alimlər qadın haqqında daha çox məlumat əldə etmək üçün DNT analizi və radiokarbon tarixləmə aparmağı planlaşdırırlar. Bundan əlavə, yaxınlıqda daha əvvəl tapılmış yaşlı bir şəxsə aid skeletlə mümkün qohumluq əlaqəsi də araşdırılacaq.

