Argentina millisinin hücumçusu Lionel Messinin bacısı Mariya Sol Messi Mayamidə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alıb. Bu barədə “Metro” nəşri məlumat yayıb.
Rəsmi məlumata görə, Mariya avtomobilin idarəetməsini itirərək divara çırpılıb. Hazırda onun həyatı üçün təhlükə yoxdur, lakin iki onurğa sınığı, daban və bilək sınığı diaqnozu qoyulub.
Qəza səbəbindən Mariya Sol Messinin toy mərasimi təxirə salınıb. Mərasimin 2026-cı il yanvarın 3-də Rosarioda keçirilməsi planlaşdırılırdı. Onun nişanlısı “İnter Mayami”nin gənclər komandasının məşqçi heyətinin üzvü Xulian Arellanodur.

