Tacikistanın Əfqanıstanla sərhədində silahlı insident baş verib. Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin məlumatına görə, ölkə ərazisinə daxil olan terrorçularla sərhədçilər arasında atışma olub.
“23 dekabr 2025-ci il saat 23:30-da terror təşkilatının üç üzvü Əfqanıstan ərazisindən Tacikistan Respublikasının dövlət sərhədini qanunsuz keçib”, — deyə qurumun açıqlamasında bildirilir.
Hadisə Xatlon vilayətinin Şamsiddin Şoxin rayonu ərazisində qeydə alınıb. Keçirilən əməliyyat zamanı sərhədi qanunsuz keçən üç terrorçu zərərsizləşdirilib. Lakin toqquşma nəticəsində iki tacik sərhədçisi həyatla bir araya sığmayan xəsarətlər alaraq həlak olub.
Rəsmi qurumlar bildiriblər ki, insidentdən sonra sərhəddə vəziyyət tam nəzarət altındadır və hazırda sabitlik qorunur.
Tacikistan tərəfi həmçinin Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatını sərhəd təhlükəsizliyi və terrorla mübarizə məsələlərində məsuliyyətsizlikdə ittiham edib.

