Braziliyada iki yaşlı qız uşağı su dolu vedrəyə düşərək boğulub.
Bu barədə The Daily Mail nəşri məlumat yayıb.
Məlumata görə, uşaq anası çöldə paltar yuyarkən nəzarətsiz qalıb. Qadın qızının yoxa çıxdığını bir müddət sonra hiss edib və evdə axtarış aparmağa başlayıb. Nəticədə onu hamam otağında huşsuz vəziyyətdə tapıb.
Ana dərhal qonşuları köməyə çağırıb. Uşaq təcili olaraq xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Azyaşlının meyiti məhkəmə-tibbi ekspertizaya göndərilib.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır, ilkin versiyaya görə, cinayət tərkibi yoxdur.

