Yaponiyada 56 avtomobilin iştirakı ilə kütləvi yol-nəqliyyat hadisəsi baş verib. Qəza 27 dekabr gecəsi qeydə alınıb.
Bu barədə DenMedia.az NTV-yə istinadən məlumat verir.
Hadisə Yaponiyanın Gumma prefekturasında baş verib. Məlumata görə, Kanetsu avtomobil yolunda, Minakami şəhəri yaxınlığında hərəkət edən iri yük maşını sürüşərək yolda dayanıb. Onun arxasınca gələn minik avtomobilləri yük maşınına çırpılıb və nəticədə zəncirvari toqquşma baş verib, yanğın yaranıb.
Yerli sakinlərin bildirdiyinə görə, qəza enişli yolda və döngədən sonra baş verib. Bu səbəbdən yük maşınının arxasınca hərəkət edən sürücülər qəza yerini vaxtında görə bilməyiblər.

