Bakıda avtomobil 78 yaşlı qadın piyadanı vuraraq öldürüb.
Denmedia.az Report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu, Qara Qarayev prospekti 80A ünvanında qeydə alınıb.
Belə ki, naməlum avtomobil 1948-ci il təvəllüdlü Mahirə Əhməd qızı Bayramovanı vurub. Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilsə də, aldığı müxtəlif dərəcəli bədən xəsarətləri nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.

