Gədəbəydə 54 yaşlı qadın dəm qazından boğulub.
Denmedia.az Report-a istinadən xəbər verir ki, yanvarın 17-si saat 22 radələrində Zəhmət kənd sakini 1972-ci il təvəllüdlü Rəxşəndə Xanlar qızı Rzayeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

