Abşeron rayonunda baş verən yanğın faciə ilə nəticələnib.
Denmedia.az xəbər verir ki, hadisə Masazır qəsəbəsi, Abşeron küçəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb.
İlkin məlumata görə, evdə baş verən yanğın zamanı mənzil sahibi, 46 yaşlı Nigar Eminbəyli yanaraq ölüb.
Fakt üzrə Abşeron rayon prokurorluğunda araşdırma aparılır.





